Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

TVİNNİNQ LAYİHƏSİ

Tədbirlər
Tədbirlər

Dəyişikliyin gətirdiyi çətinliklər: 21-ci əsrdə muzeyin idarə edilməsi

02.05.2017 - 04.05.2017

Təlim haqqında məlumat
Təlim kursu məruzəçinin əsasən Florensiyada Palazzo Strozzi Fondu və Milanda Pinakoteka Brera Qalereyası olmaqla Avropanın beş ölkəsində olan təcrübəsindən bəhs etməklə muzey idarəetməsi mövzusunu əhatə etmişdir. Təlim kursunda missiya, strateji planlaşdırma, sərgilərin təşkili və marketinq kimi mövzular daxil olmaqla muzey idarəetməsi və əməliyyatlarının müxtəlif aspektlərdən bəhs olunmuşdur.

Təlimçi
Cənab Ceyms M. Bredbern

CEYMS M. BREDBERN ingilis əsilli Kanadalı memar, layihəçi və muzeyşünas kimi dünya sərgi pavilyonlarının, elmi parklar və beynəlxalq incəsənət sərgilərinin layihəsini hazırlamışdır. O, Kanada və İngiltərədə təhsil almış, Memarlıq Assosiasiyasını memarlıq ixtisası üzrə bitirmiş və Amsterdam Universitetində muzeyşünaslıq üzrə doktorluq dərəcəsini almışdır. Ötən otuz il ərzində YUNESKO, milli hökumətlər, və dünyanın bir çox yerlərində özəl fondlar və muzeylər üçün sərgilər, tədqiqat layihələri və konfranslar təşkil etmişdir. 2006-cı ildən 2015-ci ilin mart ayına kimi Palazzo Strozzi Fondunun baş direktoru olmuşdur. 2015-ci ilin oktyabr ayından Milanda yerləşən Pinokateka Brera Qalereyasının və Braidense Kitabxanasının Baş direktoru kimi fəaliyyət göstərir.