Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

TVİNNİNQ LAYİHƏSİ

Tədbirlər
Tədbirlər

Mədəniyyət sektorunun idarə edilməsində dövlət və özəl sektor tərəfdaşlığı - İtaliya təcrübəsi

25.04.2017 - 26.04.2017

Təlim haqqında məlumat
Mədəni irsin qorunmasına ayrılan dövlət vəsaitlərinin azalması və turizmin artan əhəmiyyəti inkişaf etmiş ölkələrdə mədəni irsin mühafizə işlərini onların gəlirli istifadəsi ilə necə birləşdirmək olar sualını ortaya qoymuşdur. Bu təlim kursunda mədəniyyətin sosial və iqtisadi həyatda rolunu artırmaq üçün Azərbaycanda yeni administrativ qurumların yaradılması nəzərdən keçirilmişdir. Həmçinin təlim kursunda iştirakçılara dövlət-özəl sektor tərəfdaşlığının (DÖST) yaradılması və idarəedilməsi üçün İtaliya təcrübəsi təqdim edilmişdir.

Yeni qəbul edilmiş hüquq mexanizmlər İtaliyada innovativ təşkilati çərçivənin yaradılmasına təkan verib ki, bu da artan səmərəli təsirlərlə müşahidə olunur. Nümunə olaraq, İtaliyada DÖST-ün yaradılması və Florensiyadakı Strozzi Sarayı Fondu təqdim edilmişdir.

Təlimçilər
Cənab Cianni Bonacci

Orta əsrlər tarixçisi cənab C. Bonacci Dövlət İdarəçiliyində İnnovasiyalar üzrə ixtisaslaşmış, 1986-cı ildən dövlət kitabxanaları sektorunda işçi və rəhbər vəzifələrində çalışmışdır. “Casanatense” kitabxanasında, həmçinin Romada Arxeologiya və İncəsənət Tarixi Kitabxanasında direktor olmuşdur. 2008-ci ildən İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin Baş Katibliyində Koordinasiya və Araşdırmalar Ofisində rəhbər işləyir. O, Nazirliyin mərkəzi müdiriyyətlərinin yerli idarələrlə əlaqələndirilməsini, Nazirliyin əsas elmi-tədqiqat institutlarının administrativ vəzifələrinə nəzarəti həyata keçirir; YUNESKO, Aİ və Avropa Şurası ilə əlaqələri koordinasiya edir.

Cənab Alessandro Bianki
1986-cı ildən İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Konservasiya və Bərpa Ali İnstitutunda Bərpaçı mütəxəssis işləyir. İtaliya Nazirliyinin, eləcə də Avropa İttifaqının, YUNESKO-nun İraqda, Gürcüstanda, Şimali Koreyada, Kosovada, Albaniyada, Bosniya və Herseqovinada həyata keçirdiyi layihələrdə aparıcı vəzifələrdə çalışmışdır. Hal-hazırda, Avropa İttifaqının maliyyələşdirdiyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirdiyi Tvinninq layihəsində Rezident Tvinninq Müşaviri vəzifəsini icra edir.