Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

TVİNNİNQ LAYİHƏSİ

Tədbirlər
Tədbirlər

Layihə Dövrünün İdarəolunması

11.04.2017 - 14.04.2017

Təlim haqqında məlumat
Təlim kursu Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti (AQS) ölkələri (Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna) üçün Aİ-nın mümkün maliyyə yardımı imkanlarına xüsusi yer verməklə mədəni irsə dair mövcud fondlar və beynəlxalq proqramlar mövzusuna həsr edilmişdir. Təlim kursu beynəlxalq təşkilatların mədəniyyət sektorunda maliyyələşmə imkanları və eləcə də beynəlxalq donorlara təqdim olunmaq üçün layihə təkliflərinin hazırlanmasına dair zəruri bilikləri təmin etmişdir.

Xüsusi mövzulara daxildir: layihə dövrünün idarəolunması; aparıcı tərəfdaşların müəyyən olunması, SWOT analiz, məqsədlər və strategiyaların müəyyən olunması; layihənin hazırlanması mərhələsi: məntiqi çərçivə yanaşması, indikatorlar, risklərin analizi; uğur faktorları: innovasiya və davamlılıq, beynəlxalq tərəfdaşlığın qurulması; məqsədlərin qiymətləndirilməsi, prosedurlar; büdcənin hazırlanması: yolverilən və yolverilməz xərclər; birbaşa və dolayı xərclər; maliyyə hesabatı və audit; fəaliyyətlərin planlaşdırılması (iş planı və GANTT diaqramı)

Təlimçilər

Cənab Marko Simonçini
Confservizi CİSPEL regional assosiasiyasının Beynəlxalq Fəaliyyətlər üzrə əməkdaşı kimi, qurumun Aİ tərəfindən maliyyələşən bir neçə layihəsinin hazırlanması və həyata keçirilməsində iştirak etmişdir və hazırda assosiasiyanın mədəni publik şirkətlər üzrə regional filialına yardım üzrə məsuldur. O, mədəniyyət sektorunda layihələr (Interreg və Kreativ Avropa Proqramları) üzrə tərəfdaşların şəbəkələrinin inkişafı üçün uğurla fəaliyyət göstərmiş və LDİ və Məntiqi Çərçivə kimi Aİ metodologiyalarına uyğun olaraq layihə hazırlanması və həyata keçirilməsi haqqında geniş biliklər qazanmışdır. O İtaliya, İordaniya və Fələstində layihə idarəetməsinə dair təlim proqramlarının həyata keçirilməsinə öz töhvəsini vermişdir.

Cənab Massimo Qaççi
Cənab Qaççi CİSPEL assosiasiyasının Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşıdır. Layihə Dövrünün İdarəolunması və Aİ-nın yardım instrumentləri üzrə ekspert kimi Confservizi Cispel assosiasiyasının Qafqaz regionu üzrə təlimlər və bilik-bacarıqların artırılması fəaliyyətlərinin həyata keçirilməsinə məsuldur. Beynəlxalq Maliyyə Təsisatlarının (20-dən çox ölkədə) maliyyələşdirdiyi layihələrin idarəolunması üzrə ekspertdir. Dövlət təşkilatlarının əsas dövlət xidmətləri və mədəni irs, kommunal xidmətlər və yerli xidmətlər kimi dövlət mülkiyyəti obyektlərinin idarəolunması üzrə bilik-bacarıqlarının inkişafı üzrə xüsusilə ixtisaslaşmışdır. Aİ-nın Avropa Qonşuluq Siyasətinə daxil olan ölkələrdə (Moldova, Azərbaycan) praktiki təcrübəyə malik olan ekspert kimi Aİ-nın maliyyəsi həyata keçirilən layihələr mövzusunda dövlət sektorunun əməkdaşlarına təlimlər keçmişdir.