Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

TVİNNİNQ LAYİHƏSİ

Tədbirlər
Tədbirlər

Mədəniyyət sərvətlərinin qanunsuz ticarəti ilə mübarizədə istintaq texnikaları və beynəlxalq normalar

21.02.2017 - 24.02.2017

Təlim haqqında məlumat

Təlim kursu mədəniyyət obyektlərinin qanunsuz daşınmasına uyğun mövzuları və hüquq mexanizmlərini əhatə etmişdir. Müzakirələr mədəni irsin mühafizəsinə dair beynəlxalq normalara, ikitərəfli və çoxtərəfli əməkdaşlığa, YUNESKO tövsiyyələrinə, BMT qətnamələrinə, eləcə də beynəlxalq hüququn digər ümumi və xüsusi alətlərinə əsaslanmışdır. Təlim kursu zamanı beynəlxalq təcrübələr və nümunələr təqdim edilmiş, müxtəlif əhəmiyyətli cəza halları haqqında məlumat verilmişdir.

Təlimçi
Roma Tribunalında İtaliya Respublikasının prokuroru kimi cənab Ferri qanunsuz ticarətçilər əleyhinə yalnız İtaliyada deyil, eləcə də Avropada, Amerikada, Yaponiyada və Avstraliyada bir çox istintaqlar aparmışdır.

Xüsusilə, 2005-ci ilin iyul ayında Roma məhkəməsi qarşısında cənab Ferri böyük miqdarda arxeoloji obyektlərin qanunsuz ticarəti və sui-istifadəsində təqsirlənən Emanuel Robert Ext və Marion Tru (Los Ancelesdə Qetti Muzeyinin keçmiş kuratoru) əleyhinə prokuror ofisini təmsil etmişdir. Bu məhkəmə işi bir çox muzeylərdə satın almalarla bağlı yeni siyasətin başlamasının əhəmiyyətini vurğulamışdır. Həmin siyasət keçmişdə İtaliyadan oğurlanmış bir çox  mədəni sərvətlərin geri qaytarılmasını mümkün etmişdir.

Cənab Ferri mədəni obyektlərin qanunsuz dövriyyəsi mövzusunda konfransların və seminarların aparıcısı, həmçinin, bu mövzuda bir çox məqalələrin müəllifidir. O, İtaliya Mədəni İrs Nazirliyinin eksperti kimi çalışmışdır. Hazırda ICCROM təşkilatının (Mədəni Sərvətlərin Bərpası və Mühafizəsi üzrə Beynəlxalq Araşdırmalar Mərkəzi) hüquq məsləhətçisidir.