Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

TVİNNİNQ LAYİHƏSİ

Tədbirlər
Tədbirlər

İtaliyada mədəniyyət sektorunun planlaşdırılmasında çağdaş təşəbbüslərə dair nümunələr

23.01.2018 - 26.01.2018

Təlim haqqında məlumat
Bu təlim kursu iqtisadi artımın hərəkətverici qüvvəsi və dayanıqlı yerli inkişafa şərait yaradan amil kimi mədəniyyətin rolundan bəhs edəcəkdir. Müzakirələr İtaliyanın mədəniyyət sahəsində inteqrasiyalı planlaşdırma təcrübəsi əsasında aparılacaqdır: həyata keçirilən proqramlar, layihə təklifləri üçün müsabiqə elanları, mədəniyyət və digər sektorlar arasında əlaqələr (təbii irs, turizm, nəqliyyat infrastrukturu, İKT, ətraf mühit, energetika, təhsil, tədqiqatlar və inkişaf).

Ən qabaqcıl təcrübələr və nümunələr təqdim ediləcəkdir. Təlimçi həmçinin iştirakçıları çalışmalara və qrup müzakirələrinə də dəvət edəcəkdir.

Təlimçi
Marko Marinuzzi
Marko Marinuzzi siyasi elmlər üzrə magistr dərəcəsi alıb. O, mədəniyyət sahəsi üzrə dövlət siyasəti sahəsində mütəxəssis, həmçinin proqramlaşdırma, qiymətləndirmə və layihə qiymətləndirməsi üzrə ekspertdir. O, aşağıdakı sahələr üzrə dərin bilik və təcrübəyə malikdir: mədəni irsin idarə olunması, arxeologiya, auditoriyanın inkişafı, mədəni marşrutlar, mədəni siyasət, mədəni və yaradıcı sənaye, incəsənət (teatr, festivallar, kukla tamaşaları), YUNESKO, mədəni turizm; maddi və qeyri-maddi mədəni irs, İKT və mədəniyyət, sosial inteqrasiya və mədəniyyət; Struktur Fondları və digər Avropa fondlarından birgə maliyyələşdirilən proqram və layihələrin ilkin, orta-müddətli, cari, yekun və son keyfiyyət qiymətləndirmələri daxil olmaqla regional inkişafa və transsərhəd/transmilli əməkdaşlığa dair Aİ proqramlarının/layihələrinin qiymətləndirilməsində təcrübə.