Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

TVİNNİNQ LAYİHƏSİ

Tədbirlər
Tədbirlər

Təlimçilərin Təlimi (TOT)

03.10.2017 - 06.10.2017

Təlim haqqında məlumat
“Hansısa mövzunu bilmək hələ onun təlimini keçə bilmək anlamına gəlməməlidir” fikrinə əsaslanaraq və təlimçiliyin xüsusi bacarıqlar tələb etdiyini nəzərə alaraq, bu təlim kursunda səmərəli təlim/öyrənmə prosesini təmin etmək üçün metodlar və vasitələr təqdim olunacaqdır. Bu təlim kursu böyüklər üçün öyrənmə nəzəriyyəsini əsas götürəcək və təlim ehtiyaclarının qiymətləndirilməsi, təlim kursunun hazırlanması və keçirilməsi üçün zəruri metodlar, üsullar və vasitələr, o cümlədən təlim kursunun qiymətləndirilməsi kimi təlim dövrünün bütün mərhələlərini əhatə edəcəkdir. Təlim kursunun sessiyaları olduqca interaktiv olacaq və iştirakçılara təqdim ediləcək nəzəri elementləri təcrübədə tətbiq etməyə imkan verəcəkdir.

 

Mikela Diodato
Mikela Diodato siyasətşünaslıq üzrə magistr dərəcəsinə malikdir. Yerli və beynəlxalq səviyyələrdə strateji planlaşdırma, təşkilati analiz və təlim ehtiyaclarının qiymətləndirilməsi üzrə ixtisaslaşmışdır. Bu sahədə, bir sıra ölkələrdə ondan çox Tvinninq layihələrində qısa və orta müddətli ekspert kimi çalışmışdır. O, Layihə Dövrünün İdarəedilməsi, SWOT analizi və Təyinatlı Layihə Planlaması kimi layihələrin yaradılması, hazırlanması və implementasiyası üzrə inklüziv tərəfdaşlıq-əsaslı metodologiya üzrə, həmçinin, layihələrin qiymətləndirilməsi üzrə təlimçidir. Beynəlxalq layihələrin əlaqələndirilməsi və idarəedilməsində on ildən artıq təcrübəyə malikdir.

Təlimçilər
Eliza Petruçi

Eliza Petruçi xarici dillər və ədəbiyyat üzrə magistr dərəcəsinə malikdir. Onun məşğul olduğu əsas sahələr strateji planlaşdırma, mədəniyyət və ekologiya siyasətlərinin analizi, maraqlı tərəflərin iştirakçılığının təbliği sahələridir.

Xüsusilə xarici ölkələrdə beynəlxalq fəaliyyətlərin və mədəniyyət fəaliyyətlərinin təsirlərinin qiymətləndirilməsi məqsədilə strateji sənədlərin hazırlanması üzrə ekspertdir.

Təşkilati və təlim ehtiyaclarının təhlilində geniş təcrübəyə malikdir.

Avropa Sosial Fondunun maliyyələşdirdiyi layihələr çərçivəsində, xüsusən mədəniyyət və turizm sahəsində, dövlət və özəl qurumların iştirak etdiyi seminarlarda fasilitator kimi fəaliyyət göstərir.