Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

TVİNNİNQ LAYİHƏSİ

Tədbirlər
Tədbirlər

Sosial-iqtisadi inkişafda mədəni irsin rolu; Fandreyzinq

18.07.2017 - 21.07.2017

Təlim haqqında məlumat
Mədəniyyətin iqtisadiyyatı: təlim iştirakçılarına mədəniyyətin iqtisadiyyatı ilə bağlı olan klassik və eləcə də çağdaş nəzəriyyələr barədə məlumat vermək: mədəni irsin ümummilli nemət kimi tərifi; mədəni irsin dəyərindən faydalanmağın əsas anlayışları (həm bilik və həm də əmlak kimi) və bu dəyərin reallaşdırılması və əldə olunması.

Yerli davamlı inkişaf proseslərinə təsir amili kimi interqrasiyalı mədəni irs və turizm sistemi. Yerli inkişaf sistemini qaldırmaq və birbaşa xarici investisiyaları cəlb etmək üçün ərazi tələb və təklifi, İKT alətlərini nə cür analiz etmək üçün Ərazi Marketinqi və Ərazi Müqayisəsi baxımından yeni strateji yanaşma. İnformasiya alətləri ilə layihə ideyasının hazırlanması və planlaşdırılmasında biliklərin artırılması.

Mədəni irsin müasir sosial-iqtisadi inkişaf proseslərində roluna və Azərbaycanın mədəni irsinin qorunması və möhkəmləndirilməsində beynəlxalq layihələrin oynaya biləcəyi roluna dair ümumi məlumatlılıq səviyyəsinin artırılması; Mədəni irsə dair mövcud maliyyə vəsaitləri və beynəlxalq proqramlar, Avropa Qonşuluq Siyasəti ölkələri üçün Avropa İttifaqının maliyyələşmə imkanları, mədəniyyət sahəsi üçün digər mövcud maliyyələşmə imkanları haqqında biliklərin təkmilləşdirilməsi.
 

Təlimçilər

Xanım Klaudia Salvi
Xanım Klaudia Salvinin siyasi elmlər namizədi dərəcəsi vardır. Aİ-nın maliyyələşdirdiyi proqramlarda 20 ildən artıq iş təcrübəsinə malikdir və Avropa vətəndaşları üçün Avropa İnformasiya Mərkəzinin koordinatorudur. 

O, 10 ildən artıq müddətdə aşağıda qeyd olunan ölkələrdə Aİ-nın maliyyələşdirdiyi Tvinninq layihələri üzrə qısa-müddətli ekspert yaxud Komponent Rəhbəri kimi çalışmışdır: Gürcüstan, Rumınya, Bolqarıstan, Polşa, İordaniya, Tunis, Bosniya-Hersoqovina, Çernoqoriya və Türkiyə. Tvinninq layihələri çərçivəsində fəaliyyət sahələri kommunikasiya və Aİ-nın birbaşa maliyyələşməsi sahələridir.

O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı üçün Aİ maliyyələşməsi üzrə ekspert və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı İdarəsi və BMT-nin İnkişaf Fondu üçün Kommunikasiya məsələləri üzrə ekspert kimi çalışmışdır. Həmçinin, Aİ-nın maliyyələşdirdiyi bir sıra layihələrin proqram rəhbəri də olmuşdur.

Cənab Filippo G. Tiburtini
Cənab Filippo G. Tiburtini İqtisadiyyat üzrə dərəcəyə, Sosial elmlər üzrə magistr dərəcəsinə sahibdir və İnkişaf İqtisadiyyatları üzrə fəlsəfə doktoru kurslarını bitirmişdir. O, bir sıra İtaliyanın və digər beynəlxalq Universitetlərdə və mühüm Biznes Məktəblərində akademik tədqiqatlar aparır, mühazirələr və seminarlar keçir. Yerli inkişaf strategiyaları, beynəlxalq rəqabət mühiti, birbaşa xarici investisiyaların cəlb olunması strategiyaları, ərazi marketinqi, biznes mühitinin analizi, makro-iqtisadi analiz, sənaye sektoru və klasterlərin tədqiqi, təşkilati və dəyişikliklərin idarəolunmasının analizi, mövcud təşkilati strukturlarda yeni proseslərə dair strategiyalar və onlarin implementasiyası sahələri üzrə 20 ilə yaxın təcrübəyə malikdir. O, CDE (Ətraf Mühit üzrə İmkanların Artırılması) donor təşəbbüsləri, Dünya Bankı, Aİ və İtaliyanın dövlət qurumlarının maliyyələşdirdiyi institusional layihələrdə işləmişdir. Həmçinin, İtaliyanın bir sıra səlahiyyətli qurumlarının beynəlxalq əməkdaşlıq sektorlarında çalışmışdır və burada layihə rəhbəri kimi İtaliyanın dövlət qurumları və üçüncü ölkələr arasında bir sıra institusional və ikitərəfli əməkdaşlıq layihələrinin əlaqələndirilməsi fəaliyyətlərini həyata keçirmişdir.

MDB ölkələri və keçid iqtisadiyyatı ölkələrində (Gürcüstan, Rumıniya, Bolqarıstan və Rusiya), və eləcə də Mozambik, Benin, Türkiyə, Balkan regionu və İordaniya kimi ölkələrdə beynəlxalq layihələrin idarə olunması üzrə təxminən on beş ilə yaxın peşəkar təcrübəyə malikdir. Son illərdə, özünün akademik, tədqiqat və peşə fəaliyyətlərini ölkələrin beynəlxalq rəqabətcilliyinin iqtisadi inkişafla əlaqəsini gücləndirərək yerli inkişaf proseslərinə təsir kimi Mədəni İrsin roluna dair konfranslar və seminarlar keçməyə, məqalələr yazmağa həsr etmişdir.