Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

TVİNNİNQ LAYİHƏSİ

Tədbirlər
Tədbirlər

Mədəniyyət Rayonlarının inteqrasiyalı idarəetmə modeli üzrə İtaliya təcrübəsi mövzusunda Tədqiqat Səfəri

06.11.2017 - 09.11.2017

GİRİŞ

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2014-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda mədəniyyət sektorunun idarəedilməsində islahatlar üçün aşağıdakı məqsədlər müəyyən edilmişdir:

  • dövlət mədəniyyət sisteminin təkmilləşdirilməsi, mədəniyyət, o cümlədən incəsənət sahələrinin idarə olunmasında yerli özünü-idarəetmə orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsi;
  • mədəniyyət, o cümlədən incəsənət sahələrində art-menecment və istehsalatın menecmenti sistemlərinin formalaşdırılması və müasir idarəetmə metodlarının tətbiqi;
  • qeyri-hökumət təşkilatları və özəl sektorla əməkdaşlığın həyata keçirilməsi, unikal milli mədəni özünəməxsusluğun və müxtəlifliliyin, eləcə də multikulturalizmin mühafizəsi və qorunub saxlanılması, fərdi təşəbbüslərin təşviq edilməsi və layihələrin həyata keçirilməsi məqsədi ilə mədəniyyət sahəsində davamlı liberallaşmanın aparılması.

Bu prinsiplər həmçinin Avropa Parlamentinin 8 sentyabr 2015-ci il tarixli “Avropa üçün Mədəni İrsə Vahid Yanaşmaya Doğru” Qətnaməsində (2014/2149(INI) də əks etdirilmişdir. Tvinninq layihəsi Aİ ölkələrində tətbiq edilən modellər və təcrübələrə istinadən Azərbaycanda mədəniyyət sektorunun islahatı prosesinə töhvə vermək məqsədini daşıyır.

Avropa təcrübəsində mədəniyyət rayonları dedikdə mədəniyyət və ekoloji aktivlər, xidmətlər və istehsalat fəaliyyətlərinin hərtərəfli və sistemli planlar əsasında qurulmuş birgə fəaliyyətlə idarə olunduğu ərazilər başa düşülür. İtaliyada 2005-ci ildə təsis olunmuş CARIPLO Bank Fondu mədəniyyət rayonu vasitəsilə ərazi inkişafı metodu ilə Lombardi regionunun bəzi ərazilərində mədəni irsin qorunması məqsədilə bu təşəbbüsü həyata keçirmişdir. Nəticədə, 2009-2010-cu illərdə altı mədəniyyət rayonu yaradılmışdı. Bank Fondu Regional və həmçinin Dövlət qurumlarının nəzarəti ilə bu yeni təşkilati idarəetmə formalarının yaradılmasını maliyyə cəhətdən dəstəkləmişdi.

Bu tədqiqat səfərinin məqsədi Azərbaycan nümayəndələrini ölkənin islahatlar prosesinin əsas maraq kəsb edən sahələrindən biri kimi İtaliyada həyata keçirilən mühüm təcrübələrlə tanış etməkdir.